Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ YANINDA SAHİBKARLAR ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLMİŞDİR

İyulun 8-də “Həyat Recensi” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının birinci iclası keçirilmişdir. İclasda xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər. İclası şuranın sədri, Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev açmış, sahibkarlığın inkişafında şuranın əhəmiyyəti haqqında, bu qurumun fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. Natiq respublika Prezidentinin 2 may 2003-cü il tarixli Fərmanı ilə Sahibkarlar Şurasının Əsasnaməsinin təsdiq olunduğunu xatırlatmış, sahibkarlığa dövlət yardımının istiqamətlərinin, ölkənin ayrı-ayrı bölgələrində bu işin dəstəklənməsi tədbirlərinin müəyyənləşdirilməsində, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında, ortaya çıxan problemlərin operativ həllində, sahibkarlıq subyektləri arasında kooperasiya əlaqələrinin stimullaşdırılmasında şuranın xüsusi əhəmiyyətini vurğulamışdır. Sahibkarlar Şurası katibliyinin rəhbəri Əlihüseyn Şaliyev Azərbaycan Prezidentinin 2002-ci il aprel-may aylarında sahibkarlarla görüşlərindən sonra həllini tapmış işlər haqqında məruzə etmişdir. Məruzə ətrafında müzakirələrdə şura üzvlərindən Nurəddin Hüseynov, Qüdrət Kərimov, Təyyar Şükürov, Kamal Yazıçıoğlu və başqaları çıxış etmişlər. Sahibkarlar Şurasının sədri Fərhad Əliyev “Sahibkarlar günü”nün müəyyən olunması barədə təkliflər paketini şura üzvlərinin müzakirəsinə vermişdir. Şuranın sədri Sahibkarlar gününün müəyyən olunması, həmin gün ölkə miqyasında sahibkarlığın təbliği və stimullaşdırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlər haqqında danışmışdır. KİV-də sahibkarlığın təbliğinə geniş yer ayrılması, İqtisadi İnkişaf Nazirliyinin məsul işçiləri ilə sahibkarlıq subyektləri arasında görüşlərin – “açıq qapı” günlərinin keçirilməsi, hər il “İlin ən yaxşı sahibkarı” müsabiqəsinin təşkil edilməsi, qalibin fəxri ada layiq görülməsi bu tədbirlərə daxildir. Ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələnin başlandığı günü- Azərbaycan Prezidentinin 2002-ci ildə sahibkarlarla görüşdüyü 25 aprel gününü “Sahibkarlar günü” elan etmək təklif olunmuşdur. Bu məsələ ilə bağlı təkliflər paketini müvafiq strukturlara təqdim etmək qərara alınmışdır. Sahibkarlar Şurasının birinci iclasında təşkilati məsələlərə də baxılmışdır. “Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası haqqında Əsasnamə”yə uyğun olaraq şura üzvlərindən iki nəfər – “Qaradağ Sement” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleks Traun və “Azərbaycanda sərmayələrin Təşviqi və Məsləhət Fondu”nun prezidenti vəzifəsini icra edən Mikayıl Cabbarov şura sədrinin müavinləri seçilmişlər. Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin hazırlanması məqsədi ilə işçi qruplarının yaradılması məsələsi müzakirə edilmiş və 7 işçi qrupun yaradılması barədə katibliyə müvafiq tapşırıq verilmişdir. Sahibkarlar Şurasının birinci iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir: “Möhtərəm Prezident! Bu gün Azərbaycan Respublikasının inkişaf və tərəqqi yolunda sürətlə irəliləməsi Sizin müdrik siyasi rəhbərliyinizin parlaq təzahürüdür. Müstəqillik dövründə ölkənin iqtisadi əsaslarının möhkəmləndirilməsində əldə edilmiş nailiyyətlər, uğurlu neft strategiyasının həyata keçirilməsi, ölkəyə sərmayə qoyuluşunun həcminin dinamik artımı, əlverişli sahibkarlıq mühitinin yaradılması, MDB məkanında ilk dəfə olaraq radikal torpaq islahatının aparılması, cəmiyyətimizin sosial-iqtisadi həyatının digər sahələrində nəzərəçarpacaq yüksəliş məhz Sizin adınızla bağlıdır. Son illərdə sahibkarlığın inkişafı, yeni təfəkkürlü sahibkarlar təbəqəsinin formalaşması ilə bağlı imzaladığınız çox mühüm fərman və sərəncamlar iqtisadi inkişafa güclü təkan vermişdir. Biz bu tarixi qərarları Sizin rəhbərliyinizlə ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının öncül istiqamətlərindən olan sahibkarlığın inkişafına dövlət qayğısının növbəti mərhələsi kimi yüksək qiymətləndiririk. Bu qərarlar artıq ölkənin sahibkarlıq bölməsində əhəmiyyətli keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. Əminik ki, Azərbaycan Respublikası Prezidenti yanında yaradılmış Sahibkarlar Şurası həyata keçirilən islahatların iqtisadiyyatın müxtəlif sahələrinə daha sürətlə nüfuz etməsinə, uzaqgörən dövlət siyasətinin daha səmərəli tətbiqinə xidmət edəcəkdir. Ölkəyə rəhbərliyiniz dövründə həyata keçirdiyiniz fundamental işlər xalqa xidmət nümunəsi sayıla bilər və biz Azərbaycan Respublikasının gələcək uğurlarını da Sizin müdrik, uzaqgörən rəhbərliyinizdə görürük. Biz, Sahibkarlar Şurasının üzvləri göstərdiyiniz yüksək etimada görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının inkişafı naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, bundan sonra da “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik kəlamınızın reallaşmasına çalışacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək