Azərbaycan QDİƏT PM-nin komitə iclaslarında təmsil olunacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclasları keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Parlamentin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyevin rəhbərlik etdiyi heyətin tərkibində deputatlar Jalə Əhmədova və Ramin Məmmədov yer alıblar.
Səfər çərçivəsində QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]