Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının qurulmasında iştirak edir - Politoloq rəyi

Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının qurulmasında iştirak edir -  Politoloq rəyi

Bakı, 14 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp dünya səhnəsində özünü sülhün əsas təşəbbüskarı kimi təqdim edir. O, müharibələrə son qoymaq və dünyaya sülh gətirmək missiyasını üzərinə götürüb. Trampın əsas məqsədlərindən biri İsrail və HƏMAS arasında ABŞ-ın vasitəçiliyi ilə atəşkəs və girov müqaviləsinə nail olmaq idi. Bu məqsədlə o, bütün diplomatik vasitələrdən istifadə edərək, Yaxın Şərq kimi qeyri-sabit və həssas bir regionda davamlı sülhün bərqərar olmasına çalışır, müttəfiqləri də bu prosesdə fəal dəstəyə səsləyirdi.

Dünya siyasəti üçün bu, son dərəcə həssas bir dövrdür, xüsusən də söhbət Yaxın Şərqdən gedirsə. Tramp regionu yenidən formalaşdırmaq və İsrail ilə ərəb qonşuları arasında uzun illərdir gərgin olan münasibətləri normallaşdırmaq istəyir. O, bu istiqamətdə yaranan hər bir fürsətdən istifadə etməkdə israrlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, müharibə İsraili beynəlxalq miqyasda təcrid vəziyyətinə saldı və onu soyqırımı iddiaları ilə üz-üzə qoydu. İsrailin Baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə nazirinə qarşı beynəlxalq həbs orderləri hələ də qüvvədədir. Qəzzanın böyük bir hissəsi dağıntılara çevrilib və ərazinin yenidən qurulmasının illərlə çəkəcəyi proqnozlaşdırılır. Təxminən iki milyon insanın yaşadığı Qəzzada əhali çıxılmaz şəraitdə həyat mübarizəsini davam etdirir. Razılaşmaya əsasən, İsrail aclıqdan əziyyət çəkən bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə beş sərhəd-keçid məntəqəsini yenidən açmağa da razılıq verib.

“Tramp, həmçinin Qəzzaya humanitar yardımın, o cümlədən logistika və təhlükəsizlik yardımının axınını asanlaşdırmaq üçün İsraildə ABŞ-ın rəhbərlik etdiyi mülki-hərbi koordinasiya mərkəzini də dəstəkləyir. Trampın missiyasının müvəffəqiyyəti əsasən Qəzzada müharibədən sonrakı mərhələnin necə idarə olunacağından asılıdır. Sülh çox kövrəkdir. Yaxın Şərqdə tarazlıq ən azı qeyri-müəyyən olaraq qalır.

ABŞ Prezidenti Donald Trampın məsələləri mümkün qədər çərçivəyə salmaq istəməsinin konkret və açıq əlamətləri var. ABŞ, Misir, Qətər və Türkiyənin birgə vasitəçiliyi ilə Misirin Qırmızı dənizin sahilində olan kurort şəhəri Şarm əl-Şeyxdə aparılan danışıqlara bütün dünyada müharibəni dayandırmaq üçün tarixi hadisə kimi baxılır.

Trampın planı üç əsas sütun ətrafında qurulub: davamlı deeskalasiya (kəskinləşmənin azaldılması), iqtisadi yenidənqurma və regional, beynəlxalq təhlükəsizlik zəmanətləri. Sammit Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. Şarm əl-Şeyx Sammitinin özü də Misir hökuməti tərəfindən “görünməmiş bir fürsət” kimi qiymətləndirilib”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Trampın məqsədi vasitəçi kimi çıxış edən və Qərb müttəfiqləri sayılan ərəb ölkələrini, dünyanın fərqli regionlarında olan güc sahiblərini də prosesə cəlb etməkdir. Odur ki, yeni tarixin qurulmasına şahidlik edirik.

“Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İordaniya, Pakistan və İndoneziya hökumətləri başda olmaqla, dünyanın hər yerindən liderlər tarixi əhəmiyyətli tədbirdə iştirak etmək üçün Şarm əl-Şeyxdə toplandılar. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə dəvət olunması Azərbaycan xarici siyasətinin regionu aşıb, qlobal siyasətdə olduğundan xəbər verir.

Sammitboyu dövlət və hökumət başçıları tərəfindən Azərbaycan liderinə xüsusi ehtiramın şahidi olduq. Sadəcə, bu deyil, bütün beynəlxalq platformalarda vizyonuna ehtiyac duyulan dövlətimizin başçısı ilə təmaslar məhz qarşı tərəflərin istəyi əsasında baş tutur”, - deyə Şəbnəm Həsənova qeyd edib.

Azərbaycanın Yaxın Şərqdə öz enerji resursları və təşəbbüsləri ilə mühüm rol oynadığını deyən politoloq əlavə edib: “Boru kəməri vasitəsilə qaz ixrac edən ölkələr sırasında dünyada ön sıralarda yer alan Azərbaycan, enerji təchizat marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Türkiyə ərazisindən Suriyaya qaz nəqli layihələri ilə yanaşı, ölkəmiz artıq elə bir mərhələyə çatıb ki, onun təcrübəsindən beynəlxalq səviyyədə faydalanırlar.

BMT-nin 80-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti infrastrukturun inkişafı və münaqişədən sonrakı yenidənqurma işlərinə diqqət yetirərək, Suriya ilə ikitərəfli tərəfdaşlığın gücləndirildiyini vurğuladı. Bu, həm də ABŞ Prezidenti Donald Trampın məqsədləri ilə səsləşir - yəni, təkcə atəşkəs razılaşmasına nail olmaq deyil, müharibədən sonrakı idarəçilik və ərazilərin bərpasına da dəstək vermək. Bu baxımdan Azərbaycanın təcrübəsinə müraciət edilməsi təsadüfi deyil.

Son dövrlərdə prezidentlər Donald Tramp və İlham Əliyev arasında münasibətlərin daha da istiləşməsi diqqət çəkir. Misir isə Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu münasibətlər həm siyasi, həm də iqtisadi baxımdan daha yaxın və spesifik xarakter daşıyır”.

Şəbnəm Həsənova sonda qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə də İsrail-ərəb dünyası arasındakı münaqişənin miqyası hamıya məlumdur. Belə mürəkkəb bir məsələdə Azərbaycana və onun liderinə göstərilən münasibət ölkəmizin dünya siyasətində strateji rolunun göstəricisidir. Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında fəal iştirak edən bir dövlətə çevrilib. Bu uğurlar Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qüsursuz diplomatiyasının parlaq nəticəsidir. 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb