AZƏRBAYCAN RƏQQASLARI “EUROVİSİON-DANCE 2008” MÜSABİQƏSİNDƏ İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Şotlandiyanın Qlazqo şəhərində “Eurovision-danse 2008” rəqs müsabiqəsi başlanmışdır. Müsabiqədə Azərbaycan, Litva, Yunanıstan, Danimarka, İsveç, İspaniya, Portuqaliya və digər ölkələrdən rəqqaslar iştirak edirlər. Azərbaycanı Eldar Cəfərov və Anna Sajina təmsil edirlər. Rəqqasları Fransa yazıçısı Qaston Lerunun romanının motivləri əsasında yaradılmış “Fantom Opera” müziklinin musiqisi müşayiət etmişdir. Tarın müşayiətilə səslənmiş musiqi parçasını Sara Braytman və Stiv Xarli ifa etmişlər.
Azərbaycan duetinin rəqs nömrəsinə tanqo, rumba, latino və “Odlar yurdu” rəqsinin ritmləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]