Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NATO-NUN BAŞ KATİBİ YAAP DE HOOP SXEFFERƏ MÜRACİƏTİ

Hörmətli cənab Baş katib!

Son on ildən artıq bir müddətdə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan Respublikası dünya birliyinin dəyərli üzvünə çevrilmiş, bir sıra nüfuzlu beynəlxalq qurumların tamhüquqlu üzvü olmuşdur. Azərbaycanın bu qurumlarla, o cümlədən Avropanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirdiyi NATO ilə əməkdaşlığı ildən-ilə daha da genişlənir. Hazırda bizim ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının iştirakçısı olub, bu təşkilatın himayəsi altında həyata keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirir. Azərbaycanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilməsi ölkəmizin bu sahədə göstərdiyi səylərə verilən qiymətdir. Son illər NATO-nun baş katibləri Xavyer Solana, Corc Robertson və digər yüksək vəzifəli şəxslər Azərbaycanda olmuş, burada bir sıra rəsmi görüşlər keçirmiş, danışıqlar aparmışlar. Təşkilatın Bakıya gələn təmsilçiləri Milli Məclisdə olmuş, parlamentin üzvləri qarşısında çıxış etmişlər. Bütün bu görüşlərdə, danışıqlarda və çıxışlarda NATO-nun Azərbaycana, Azərbaycanın isə NATO-ya qarşılıqlı marağı ifadə edilmiş, addım-addım irəliyə aparılan iş birliyini daha da dərinləşdirmək arzusu bəyan edilmişdir.

Hörmətli cənab Baş katib!

Bildiyiniz kimi, 1988-ci ildən Dağlıq Qarabağı Azərbaycandan zorla qoparıb Ermənistana birləşdirmək niyyəti ilə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindəki ata-baba yurdlarından didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni silahlı dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Xocalı şəhərinə hücum edərək, orada yaşayan azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Mühasirədən çıxıb qaçmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirmişlər. Ən çox kütləvi qırğın ermənilərin yaşadığı Naxçıvanik kəndi yaxınlığında Ağdam rayonu ərazisinə keçən yolda baş vermişdir. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və yandırmışlar.

Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin qaçqın düşərək çadır şəhərciklərində ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan Ermənistan Respublikasının təcavüzünün nəticələrinin dinc yolla aradan qaldırılmasını istəyir. Artıq on ildən çoxdur ki, Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs rejimi hökm sürür. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr nizamasalmanın hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir. Təəssüf ki, işğalçı Ermənistan Respublikası BMT-nin həmin qətnamələrini yerinə yetirməkdən indiyədək imtina edir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ probleminin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında, o cümlədən dövlətlərin ərazi bütövlüyünə riayət olunması şərti ilə ədalətli şəkildə nizama salınması prinsipinə sadiqdir və bu istiqamətdə aparılan sülh danışıqlarında fəal iştirak edir. Ümid edirik ki, beynəlxalq vasitəçilərin göstərdikləri səylər öz nəticəsini verəcək və Cənubi Qafqazın bu qaynar nöqtəsində ədalətli sülh bərqərar olacaqdır.

Belə bir məqamda NATO-nun bu il sentyabrın 14-26-da Azərbaycanda keçiriləcək “Best-efforts-2004” hərbi təlimlərinə işğalçı Ermənistan ordusu zabitlərinin dəvət edilməsi barədə NATO rəhbərliyinin qərarı Azərbaycanda heç də birmənalı qarşılanmamışdır. Tamamilə aydındır ki, hansı nəticələr doğura biləcəyi axıradək götür-qoy edilməmiş bu qərar bölgədə onsuz da gərgin olan vəziyyəti son dərəcə kəskinləşdirə bilər. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri bu qərarı bizim dövlətimizin mənafelərinə, yumşaq desək, qətiyyən uyğun olmayan, Azərbaycan Respublikası vətəndaşlarının heysiyyətinə toxunan bir addım kimi qiymətləndirərək qəti etiraz səslərini ucaldırlar. Həm də erməni zabitlərinin Bakıya gəlməsinə qarşı yönələn etirazlar sırf etnik mülahizələrə əsaslanmır. Təkcə bunu söyləmək kifayətdir ki, hazırda ölkəmizin paytaxtında erməni milliyyətli 20 mindən çox insan yaşayır. Bu etirazlar Azərbaycan torpaqlarını qəsb etmiş, onun sakinlərini olmazın müsibətlərə düçar etmiş işğalçı Ermənistan ordusu zabitlərinin işğala məruz qalmış Azərbaycanın paytaxtına gəlməsinə qarşı yönəlmişdir.

Azərbaycan xalqı tərəfindən seçilmiş nümayəndəli orqanın – Azərbaycan Respublikası Milli Məclisinin üzvləri olan biz deputatlar ölkəmizdə keçiriləcək hərbi təlimlərdə erməni zabitlərinin iştirakına qətiyyətlə etiraz edirik. Ümidvar olduğumuzu bildiririk ki, NATO-Azərbaycan əməkdaşlığına xələl gətirə biləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yola nizama salınması məqsədi ilə aparılan danışıqları zərbə altında qoya biləcək bu düşünülməmiş qərar ləğv ediləcəkdir.

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin

2004-cü il sentyabrın 10-da keçirilmiş iclasında

qəbul edilmişdir)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur