AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi Qırğızıstan Respublikasının hökuməti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Biz Qırğızıstanla Azərbaycan arasındakı ənənəvi dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndiririk və səmimiliyə, qarşılıqlı anlaşmaya əsaslanan hərtərəfli əlaqələrin genişlənməsinə və dərinləşməsinə çox böyük əhəmiyyət veririk.
Əminəm ki, qarşılıqlı səylərlə ölkələrimizin rifahı naminə bütün sahələrdə münasibətlərin keyfiyyətcə yeni inkişafına nail olacağıq.
Bu baxımdan Qırğızıstan-Azərbaycan birgə iqtisadi əməkdaşlığında nəzərəçarpacaq irəliləyişlərə nail olmaq Qırğızıstan üçün son dərəcə vacibdir.
Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və yeni məsul vəzifənizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Nikolay Tanayev
Qırğızıstan Respublikasının baş naziri
Bişkek, 5 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]