AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi “LUKoyl” neft şirkətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm!
Əminəm ki, Azərbaycan hökumətinin başçısı vəzifəsində fəaliyyətiniz respublikanın rifahına xidmət edəcək, iqtisadi və demokratik islahatların daha da irəliləməsinə, ölkədə siyasi sabitliyin qorunub saxlanmasına, Azərbaycanın qonşu respublikalarla və digər xarici dövlətlərlə çoxtərəfli əməkdaşlığının inkişafına kömək edəcəkdir.
Rusiyanın “LUKoyl” neft şirkəti ilə respublikanın rəhbərliyi və Azərbaycan müəssisələri arasında sabit işgüzar və peşəkar əməkdaşlıq münasibətləri vardır. Biz ürəkdən inanırıq ki, bu münasibətlər ölkələrimizin xalqlarının rifahının yüksəlməsinə səmərəli təsir göstərir. Biz bu münasibətlərin daha da inkişaf etməsinə və genişlənməsinə öz tərəfimizdən hər vasitə ilə kömək edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, səadət və xoş həyat arzulayıram.
Hörmətlə,
V.Y.Ələkbərov
“LUKoyl” neft şirkətinin prezidenti
Moskva, 5 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]