AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Kemerovo vilayətinin hökuməti, Xalq Deputatları Şurası və vilayətin bütün sakinləri adından Sizi hərarətlə və səmimiyyətlə təbrik edirəm.
Qardaş xalqlarımız arasında çoxəsrlik tərəfdaşlığın və qarşılıqlı yardımın möhkəmlənməsinin həqiqi və fəal tərəfdarı kimi Sizə Kuzbasda dərin hörmət hissləri bəsləyirlər. Rusiya ilə Azərbaycanın böyük və sarsılmaz dostluğu zamanın sərt sınaqlarından və XX yüzilliyin faciəli hadisələrindən çıxmışdır. Bu dostluq yadelli qəsbkarlara qarşı birgə mübarizədə axıdılmış qanla bərkidilmiş, dinc quruculuğun əmək qəhrəmanlığı ilə möhkəmləndirilmişdir.
Biz Sizin təyinatınızı bu ənənələrin ardıcıllığının əlaməti kimi, tanınmış lider, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi ilə öz gələcəyini uğurla quran Azərbaycan xalqının müdrikliyinə və uzaqgörənliyinə sübut kimi qiymətləndiririk. Azərbaycan Respublikası hökumətinin rəhbəri kimi Sizi salamlayaraq, Azərbaycanla Rusiya Federasiyasının mühüm sənaye regionu – Kuzbas arasında iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ölkələrimizin və xalqlarımızın indiki və gələcək nəsillərinin firavanlığı naminə məsul və nəcib fəaliyyətinizdə uğurlar, Sizə, doğma və yaxın adamlarınıza xoşbəxtlik və sevinc arzulayıram.
Hörmətlə,
Aman Tuleyev
Kemerovo vilayətinin qubernatoru
Kemerovo, 5 avqust 2003-cü il.