AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin yüksək vəzifəyə - Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə ən səmimi qardaşlıq təbriklərimi qəbul edin.
Dağıstanlılar Sizin yüksək təyinatınızı böyük razılıq və ümidlə qarşıladılar, çünki siyasi xadim və dövlət xadimi kimi, şanlı Əliyevlər ailəsinin layiqli nümayəndəsi kimi Sizə səmimi hörmət hissləri bəsləyir, Dağıstan və Azərbaycan xalqlarını əsrlər boyu birləşdirən əsl dostluq, yaxın mehriban qonşuluq və qarşılıqlı etimad ənənələrinin inkişafı və möhkəmlənməsi işinə şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Dağıstanlılar Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq, uğurlar, yeni yüksəlişlər və qələbələr arzulayırlar.
Hörmətlə,
Xizri Şıxsəidov
Dağıstan hökumətinin sədri
Mahaçqala, 4 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]