AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yüksək vəzifəyə - Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməyimə şadam.
Səmimi qəlbdən arzu edirəm ki, bu nəcib, amma çətin vəzifədə fəaliyyətiniz uğurlu olsun. Ölkələrimizin xalqlarını, mədəniyyət və incəsənət xadimlərini çoxəsrlik dostluq telləri bağlayır və bu əlaqələr ötən on ildə yeni keyfiyyət kəsb etmişdir. Azərbaycan xalqının gələcəyinə və onun yüksək mənəviyyatı və istedadlarla zənginliyi ilə səciyyələnən qədim mədəniyyətinə inanıram.
Bütün təşəbbüs və işlərinizdə uğurlar, Sizə və böyük mehriban ailənizə cansağlığı, xoşbəxtlik, cəmiyyətə və tərəqqiyə uzun illər xidmət etməyinizi arzulayıram.
Mixail Şvıdkoy
Rusiya Federasiyasının mədəniyyət naziri
Moskva, 4 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]