AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi Gürcüstan parlamenti adından və şəxsən öz adımdan ürəkdən təbrik edim.
Əminəm ki, bu şərəfli və məsul vəzifədə fəaliyyətiniz Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə və dövlətlərimizin xalqlarını əsrlər boyu bir-birinə bağlamış və bu gün də bağlayan əsl dostluq, yaxın mehriban qonşuluq və qarşılıqlı etimad ənənələrinin möhkəmlənməsinə xidmət edəcəkdir. Müasir mərhələdə ölkələrimiz arasındakı mehriban qonşuluq və həqiqi dostluq münasibətlərinin Heydər Əlirza oğlu Əliyevin böyük xidməti olduğunu ayrıca vurğulamaya bilmərəm.
Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə ən xoş diləklərimizi yetirmənizi xahiş edirəm. Sizə möhkəm cansağlığı və uğurlu fəaliyyət, Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə və ən xoş arzularla,
Nino Burcanadze
Gürcüstan parlamentinin sədri
Tbilisi, 5 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]