Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNƏ QARŞI NÖVBƏTİ TƏXRİBAT QƏTİYYƏTLƏ DƏF EDİLMİŞDİR

Tehran, 24 iyul (AZƏRTAC). Keçmiş SSRİ-nin süqutu illərindən Azərbaycana qarşı başlayan erməni təcavüzünün növbəti mərhələsi hələ də səngimək bilmir. Xarici havadarlarının birbaşa dəstəyi ilə Azərbaycan torpaqlarının bir qismini işğal edən Ermənistan 1994-cü ildə əldə olunan atəşkəsi mütəmadi olaraq pozmaqda, özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh yolu ilə həllinə mane olmaqda və Azərbaycanın ərazi büövlüyünə qarşı ardıcıl təxribatlar törətməkdə davam edir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bütün sahələri əhatə edən qüdrətini kifayət qədər artırmışdır. Ölkədəki sürətli inkişafın nəticələri günbəgün görünməkdədir. Digər tərəfdən Ermənistandakı diktatura rejiminin və bir-birini əvəz edən avantürist hakimiyyətlərin Ermənistan əhalisinin milli maraqlarına zidd siyasəti bu ölkədəki ümumi vəziyyəti kifayət qədər ağırlaşdırmışdır. Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi ilə bağlı aparılan sülh danışıqlarında Azərbaycan Respublikasının mövqelərini kifayət qədər möhkəmləndirmişdir. Lakin reallıqla hesablaşmaq istəməyən Ermənistan bütün vasitə və metodlardan istifadə etməklə sülh danışıqlarını uzatmaq istiqamətində cəhdlərini davam etdirir.

Dağlıq Qarabağdakı mövcud erməni separatçı rejimi 2010-cu il mayın 23-də qanunsuz olaraq bu bölgədə “parlament seçkiləri” təşkil etmişdir. Qondarma “parlament seçkiləri” Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən növbəti təxribatlardan biridir. Əslində qondarma “parlament seçkiləri”nin hansı sonluqla nəticələnəcəyi əvvəlcədən məlum idi. Ən azı ona görə ki, bu məsələ ilə bağlı Azərbaycan hökuməti qabaqlayıcı siyasi və diplomatik tədbirlər həyata keçirmişdir. Bu barədə görkəmli politoloqlar və ekspertlər əvvəlcədən prosesi dərindən təhlil edərək müəyyən real proqnozlarla çıxış etmişdilər. Azərbaycan hökuməti bütün beynəlxalq təşkilatları, xüsusilə bölgədə sülhməramlı missiya ilə məşğul olan ATƏT-in Mİnsk qrupunu bu “seçkilər”i pisləməyə və rejimə öz etirazını bildirməyə çağırmışdır. Bu çağırışlar eşidilmişdir.

Mövzu ətrafında fikir və mülahizələri əsaslandırmaq üçün əvvəlcə qondarma “parlament seçkiləri”nin təşkilinin səbəb və məqsədlərinə nəzər yetirək. Məqsəd aşağıdakılardan ibarətdir:

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarını pozmaq və yaxud prosesə mane olmaq;

-Dünya birliyinin diqqətini Dağlıq Qarabağa cəlb etməklə bölgədəki qanunsuz hakimiyyətin mövcudluğunu siyasi gündəmdə saxlamaq;

- Dağlıq Qarabağda fəaliyyət göstərən erməni separatçı rejimin ömrünü uzatmaq və onun fəaliyyətinə hüquqi əsas yaratmaq;

-Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında Dağlıq Qarabağın fəal üçüncü tərəf olduğunu qabartmaq;

-Qondarma seçkilərə xarici müşahidəçilər cəlb etməklə Azərbaycan Respublikası ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların münasibətlərinə xələl gətirmək.

Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına mane olmaq üçün bütün vasitələrdən istifadə edir və təcavüzkar tərəfin bu qeyri-konstruktiv mövqeyi dünya birliyinə məlumdur. Deməli, sözügedən məsələ fəal formada siyasi gündəmdədir. Ona görə də qanunsuz “seçki” keçirməklə dünya birliyinin diqqətini daha fəal formada regiona cəlb etmək niyyəti əhəmiyyətsizdir. Regiondakı erməni separatçı rejimin ömrünün uzadılmasına gəldikdə isə, adıçəkilən cinayətkar qrupun fəaliyyət dairəsi onsuz da məhduddur və Ermənistan ərazisindən kənara çıxa bilmir. Ermənistan Azərbaycanla atəşkəsə və sonrakı sülh danışıqlarında qəbul olunan beynəlxalq sənədlərə imza atmaqla özünün münaqişə tərəfi olduğunu təsdiq etmişdir. Yuxarıda qeyd olunan sonuncu məqsədə gəldikdə isə, Azərbaycan Respublikası xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq edir ki, bu da dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından keçən bir əməkdaşlıq çərçivəsidir.

Dağlıq Qarabağda təşkil edilmiş “parlament seçkiləri”nin mahiyyətinə gəldikdə isə əlbəttə ki, ilk növbədə diqqəti bu “seçkilərin” qanunsuzluğuna cəlb etmək lazımdır. Bu məsələ beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığını təmin edən beynəlxalq normativ sənədlərə, beynəlxalq təşkilatların əsasnamələrində özünə yer tutan dövlətlərin ərazi bütövlüyünü tanıyan müddəalara, insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq prinsiplərə, Azərbaycan Respublikasının qanunlarına və s. ziddir.

Beləliklə, Dağlıq Qarabağda təşkil edilmiş “seçkilər”in qanunsuzluğunu təsdiq edən amillər aşağıdakılardır:

- Qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamışdır;

- Qondarma “Dağlıq Qarabağ Respublikası” insan hüquqlarının qorunması, söz və mətbuat azadlığının, demokratiyanın inkişafı, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı heç bir beynəlxalq konvensiyaya qoşulmamışdır;

-Dağlıq Qarabağda fəaliyyət göstərən erməni separatçı rejimin üzvlərinə hakimiyyət səlahiyyətləri qanuni seçki yolu ilə verilməmişdir;

- Azərbaycan Respublikasının ali hakimiyyət orqanları Dağlıq Qarabağdakı separatçı rejimin hakimiyyətini təsdiq etməmişdir;

- Dağlıq Qarabağın azərbaycanlı əhalisi Ermənistan respublikasının birbaşa iştirak etdiyi hərbi güclə regiondan çıxarılaraq məcburi köçkün olmuşdur;

- Dağlıq Qarabağdakı azərbaycanlı əhali Ermənistanın və Dağlıq Qarabağdakı separatçı erməni rejimin hərbi cinayəti nəticəsində regiona aid seçib-seçilmək hüququndan məhrum olmuşdur;

-Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün və Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz hərbi fəaliyyəti və Azərbaycana qarşı təcavüzü regionda normal həyat tərzini pozmuşdur.

Əlbəttə ki, yuxarıda göstərilənlər Azərbaycan hökumətinin həyata keçirdiyi çevik siyasi manevrlər və ardıcıl diplomatik tədbirlər nəticəsində dünya birliyinin diqqətinə çatdırılmışdır ki, bu da Dağlıq Qarabağdakı erməni separatçı rejimini ifşa edən mühüm amillər sırasındadır.

Təsadüfi deyildir ki, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağda təşkil edilmiş “parlament seçkiləri”nin qanunsuz olduğunu bəyan etmişlər. ABŞ, Fransa, Macarıstan, Ruminiya, Norveç Krallığı, Rusiya Federasiyası, İran İslam Respublikası və başqaları Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkiləri”ni tanımadıqlarını və bu “seçkilər”ə heç bir rəsmi müşahidəçi göndərmədiklərini bəyan etdilər. Analoji bəyanatlar BMT, ATƏT, İslam Konfransı Təşkilatı kimi mötəbər qurumlar tərəfindən də səsləndirilmişdir.

İndi isə konkret mövqelərə müraciət edək. Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda qanunsuz keçirilmiş “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir ki, Ermənistan tərəfi öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. BMT Baş katibinin imzası ilə Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəliyinə daxil olan rəsmi məktubda bildirilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də keçirilən “parlament seçkiləri”nə BMT cəlb olunmamışdır. Bu məsələyə münasibət bildirən ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev bildirmişdir ki, onun rəhbərlik etdiyi təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağda təşkil edilmiş “parlament seçkiləri” ilə bağlı yaydıqları bəyanatda bildirilmişdir ki, “Dağlıq Qarabağ Respublikası” heç bir dövlət tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmamışdır.

İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu demişdir ki, onun rəhbərlik etdiyi təşkilat Cenevrə Konvensiyasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, habelə İKT və ATƏT qətnamələrinə zidd olan “seçkilər”in nəticələrini tanımır. İKT beynəlxalq birliyi bu seçkiləri pisləməyə və onun nəticələrini qeyri-legitim hesab etməyə çağırmışdır. ABŞ Dövlət Departamenti “seçki” ərəfəsində və ondan sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərək, Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməyənə qədər bölgədə birtərəfli qaydada hər hansı bir seçkinin yolverilməz olduğunu və bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını müfadiə etdiyini bildirmişdir/1/.

Bundan başqa, seçki ərəfəsində ABŞ Konqresində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar eşidilmiş, eləcə də Avropa Parlamentinin Cənubi Qafqaza dair son qətnaməsində Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənmişdir. Rusiya Federasıyasının Xarici İşlər Nazirliyinin sözügedən məsələ ilə bağlı yaydığı sənəddə deyilir:”... Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq...”.

İran İslam Respublikasının xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəst bildirmişdir ki, İran Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejim tərəfindən təşkil edilmiş “parlament seçkilərini” tanımır və “seçkilərdə” İran tərəfindən heç bir rəsmi nümayəndə iştirak etməmişdir.

Gürcüstanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda keçirilən “parlament seçkilərini” tanımamaq barədə bəyanatında əminliklə qeyd edilir ki, münaqişənin tənzimlənməsi istiqamətində aparılan sülh danışıqları müsbət nəticə verəcəkdir.

Fransa “parlament seçkiləri”ndən dərhal sonra rəsmi olaraq Dağlıq Qarabağın müstəqilliyini və orada keçirilən “seçki”ləri tanımadığını bəyan etmişdir. Rumıniya, Norveç Krallığı və s. dövlətlər, o cümlədən bir sıra nüfuzlu qeyri-hökumət təşkilatları Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən bəyanatlarla çıxış etmişlər.

Məlumdur ki, Azərbaycanın işğal altında olan torpaqlarından narkoplantasiya kimi istifadə olunur və həmin ərazi narkotranzit dəhlizə çevrilmişdir. Birmənalı olaraq bu məsələdə beynəlxalq məsuliyyət Ermənistan Respublikasının üzərinə düşür.

Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərkən erməni təcavüzünün ifşası ilə bağlı sistemli diplomatik missiya həyata keçirmişdir. İlham Əliyevin 2001-ci il AŞPA-nın yaz sessiyası dövründə “Avropanın iqtisadi və milli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi” mövzusunda məsələnin müzakirəsi zamanı ortaya çıxardığı təkzibolunmaz faktlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycan nümayəndə heyətinin başçısı bildirmişdir ki, qondarma “Dağlıq Qarabaq Respublikası” adlı heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmamış, separatçı rejimin qanunsuz fəaliyyətinə beynəlxalq hüquq normaları əsasında son qoyulmalıdır. İlham Əliev eyni zamanda beynəlxalq mətbuatla da intensiv əlaqə qurmaqla Ermənitanın Azərbaycana qarşı təcavüzkarlığını, işğal altında olan Azərbaycan torpaqlarından narkoplantasiya və narkotranzit ərazi kimi istifadə edilməsini, 1 milyondan artıq günahsız azərbaycanlının acınacaqlı qaçqın və məcburi köçkün vəziyyətində olmasını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmişdir. İlham Əliyev demişdir ki, artıq AŞPA-da hamı Ermənistanı işğalçı, terrorizmə dəstək verən narkotik yetişdirilməsinə kömək və himayədarlıq edən bir dövlər kimi tanıyır.

Əslində Ermənistan tərəfindən “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmamasının səbəblərindən biri də məhz həmin məsələdir ki, rəsmi Yerevan narkotik tərkibli bitkilərin əkilməsi, becərilməsi, narkotiklərin hazırlanması və qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir. Digər tərəfdən Ermənistan tərəfi 1994-cü ildə əldə olunan atəşkəslə bağlı sənədə imza atmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində iştirakçı tərəf olduğunu təsdiq etmişdir. Münaqişənin nizamlanması istiqamətində atəşkəsdən sonrakı illərdə davam etdirilən sülh danışıqlarındakı bütün proseslərdə Ermənistan maraqlı tərəf olduğunu təsdiq etmiş və müvafiq sənədləri imzalamışdır. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Ermənistan rəhbərinin münaqişənin tərəfi kimi birgə bəyannamələrə qol çəkməsi artıq növbəti illərdə Dağlıq Qarabağın prosesə qoşulmaq cəhdlərinə son qoyacaqdır.

Beləliklə, Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin təşkil etdiyi qanunsuz “parlament seçkiləri”nin dünya birliyi tərəfindən boykot edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mövcud hakimiyyətin əldə etdiyi növbəti diplomatik qələbə kimi səciyyələndirilməlidir. Hakimiyyət bu nailiyyəti aşağıdakı siyasi və diplomatik tədbirlər nəticəsində əldə etmişdir:

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə sistemli olaraq müvafiq işlər aparılmışdır;

-Xarici dövlətlərlə ikitərəfli və çoxtərfli əməkdaşlıq əlaqələri çərçivəsində ərazi bütövlüklərinin qarşılıqlı tanınması məsələsi həll edilmişdir;

-Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin qanunsuz seçkiləri təşkil etməsi ilə bağlı xarici dövlətlərə və beynəlxalq təşkilatlara vaxtında müraciət edilmişdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu