“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Konsepsiyanın Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə təsdiq edildiyi bildirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrinin altı ay müddətində, Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatın isə növbəti ilin martın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması və Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]