AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qurban bayramı münasibətilə Amerika xalqı adından Sizə və Azərbaycan vətəndaşlarına ən xoş təbrikləri çatdırmaqdan məmnunam. Ulu Tanrının adına qurban kəsmək adət-ənənəsini yaşadan bu bayram dinə olan inamımızı bütün formalarda qeyd etməyə imkan verir.
Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir və Azərbaycan hökumətinə öz siyasi və iqtisadi təsisatlarını inkişaf etdirməkdə yardımına sadiq qalır. Mən Azərbaycanda insan hüquqlarını, o cümlədən dini azadlığı dəstəkləməkdə birgə fəaliyyətimizin davam etdirilməsini səmimiyyətlə arzulayıram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti