AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizin tərəqqisi və xalqınızın rifahı üçün ən xoş arzularımı bildirirəm.
İcazə verin, fürsətdən istifadə edib, Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin inkişafına verdiyimiz əhəmiyyəti xüsusi vurğulayım. Əminəm ki, yaxşı əlaqələrimiz ölkələrimizin mənafeyi naminə bundan sonra da inkişaf edərək, dünyada sülhə və əmin-amanlığa töhfə verəcəkdir.
Hörmətli Prezident, xahiş edirəm, Sizə yüksək ehtiram bəslədiyimə əmin olasınız.
Danilo Türk
Sloveniya Respublikasının Prezidenti