“AZƏRBAYCAN-RUSİYA: MOSKVADA SAMMİT”
“İndiki mərhələdə ölkələrimizin münasibətləri qonşular arasında münasibətlərə nümunə ola bilər”. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri ümummilli liderimiz Prezident Heydər Əliyev və Rusiya dövlətinin başçısı Vladimir Putin tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulan Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərin səviyyəsini çox tutumlu şəkildə səciyyələndirir.
Buraxılışda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya cari ilin qışında etdiyi ilk rəsmi səfəri haqqında AZƏRTAC müxbirlərinin materialları, Rusiyada yaşayan həmvətənlərimizlə - Rusiya-Azərbaycan dostluq cəmiyyətinin prezidenti, Sosialist Əməyi Qəhrəmanı Nikolay Baybakovla, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Fərman Salmanovla, “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərovla, habelə Rusiya dövlətinin rəsmi şəxsləri ilə müsahibələr verilmişdir. Tarix elmləri doktoru Aleksey Malaşşenkovun və Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovun Azərbaycan-Rusiya əlaqələrinin vəziyyəti barədə təhlili icmalları oxucular üçün müəyyən maraq doğurur.
Topluda zəngin illüstrasiya materialı var. Onun nəşrində Azeurotel şirkəti yaxından iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]