Azərbaycan şahmat yığması Gürcüstanla yoldaşlıq görüşü keçirəcək
Bakı, 26 fevral, AZƏRTAC
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iti zəka sahibləri bu görüş üçün Gürcüstana yollanıblar.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda fevralın 27-dən martın 2-dək yoldaşlıq görüşündə iştirak edəcəklər. Razılaşmaya əsasən, şahmatçılar 5 turda mübarizə aparacaqlar.
Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq oyunu qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]