Azərbaycan şahmatçıları “Grand Swiss-2023” turnirində mübarizəyə başlayırlar
Bakı, 25 oktyabr, AZƏRTAC
Bu gün Böyük Britaniyada şahmat üzrə “Grand Swiss-2023” turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, kişilər və qadınlar arasında keçiriləcək yarışda Azərbaycan təmsilçiləri də qüvvəsini sınayacaqlar.
Kişilərin mübarizəsində ilk turda Rauf Məmmədov hindistanlı Dommaracu Qukeşlə, Vasif Durarbəyli İngiltərəni təmsil edən Nikita Vityuqovla, Nicat Süleymanlı isə Nicat Abbasovla üz-üzə gələcək.
Qadınların yarışında isə Ülviyyə Fətəliyeva çinli Tan Çjunyini, Gövhər Beydullayeva qazaxıstanlı Bibisara Asaubayevanı, Günay Məmmədzadə isə monqolustanlı Baktuyaq Munquntulu sınağa çəkəcək.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan “Grand Swiss-2023” turnirinin ümumi mükafat fondu 600 000 ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]