AZƏRBAYCAN ŞAHMATÇILARI QRAN-PRİ TURNİRİNDƏ GÖRÜŞLƏRİNİ “SÜLH”LƏ BİTİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində keçirilən FİDE-nin Qran-Pri turnirinin 11-cu turunda Azərbaycan şahmatçıları görüşlərini heç-heçə başa vurmuşlar.
Teymur Rəcəbov çinli Van Yu, Vüqar Həşimov rusiyalı Dmitri Yakovenko, Şəhriyar Məmmədyarov isə digər Rusiya nümayəndəsi Yevgeni Alekseyevlə xalı yarı bölmüşlər.
Digər qarşılaşmalar belə nəticələnmişdir: E.İnarkiyev- R.Kasımcanov 0:1, V.Akopyan- E.Bakro 0,5:0,5, A.Qrişuk- İ.Çeparinov 0,5:0,5, P.Elyanov-P.Leko 0,5:0,5.
On bir turdan sonra T.Rəcəbov, A.Qrişuk, D.Yakovenko - hərəyə 7 xal, V.Həşimov -6,5 xal, Ş.Məmmədyarov, E.Bakro, Van Yu, P.Leko, İ.Çeparinov- hərəyə 5,5xal, R.Kasımcanov 5xal, E.İnarkiyev və Y.Alekseyev- hərəyə 4,5xal, P.Elyanov və V.Akopyan- hərəyə 4 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]