Azərbaycan şahmatçısı Avropa çempionatında ikinci yeri tutmuşdur
Bakı, 26 sentyabr (AZƏRTAC). Monteneqronun Budva şəhərində gənclər arasında şahmatın blits və rapid (sürətli) növləri üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatda 10 yaşlı uşaqlar kateqoriyasında Azərbaycanı təmsil edən şahmatçı Gövhər Beydullayeva doqquz mümkün xaldan səkkiz xal toplayaraq blits üzrə yarışda ikinci yeri tutmuşdur. Birinci yerin sahibi rusiyalı şahmatçı Yelizaveta Solojenkina olmuşdur.
Bu gün - sentyabrın 26-da şahmatın rapid növü üzrə yarışlara start veriləcəkdir.
Sentyabrın 29-da isə şahmatın klassik növü üzrə yarışlara başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [16:20]
İngiltərə Premyer Liqasında mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb
- 14.05.2026 [14:42]
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
- 14.05.2026 [12:57]