İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı adına namizədlər açıqlanıb
Bakı, 14 may, AZƏRTAC
İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
AZƏRTAC çempionatın rəsmi saytına istinadən xəbər verir ki, mükafata iddiaçılar arasında “Arsenal”dan 3, “Mançester Siti”dən 2 oyunçu var.
Mövsümün oyunçusu adına namizədlər: Brunu Fernandeş (“Mançester Yunayted”), Qabriel, David Raya, Deklan Rays (hamısı “Arsenal”), Erlinq Holann, Antuan Semenyo (hər ikisi “Mançester Siti”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), İqor Tyaqo (“Brentford”).
Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 2 tur qalmış turnir cədvəlinə 79 xalla “Arsenal” başçılıq edir. Liderdən 2 xal az toplayan “Mançester Siti” isə 2-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [17:05]
“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək
- 14.05.2026 [14:42]
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
- 14.05.2026 [12:57]