Azərbaycan şahmatçısı onlayn Avropa çempionatının qalibi olub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan şahmatçılarının da iştirak etdikləri onlayn Avropa birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 12 yaşadək şahmatçılar arasında təmsilçimiz Cahandar Azadəliyev 8 xalla qitə çempionatının qalibi olub. Bu yaş qrupunda Xəqan Əhməd 6,5, Nərmin Abdinova 6, Lalə Hüseynova 5, Leyla Budaqova 4,5, Fərid Orucov 3 xal qazanıblar. On səkkiz yaşadək şahmatçılarımız arasında isə Ləman Hacıyeva 7 xalla üçüncü yeri tutub. Onun komanda yoldaşları Abdulla Qədimbəyli, Məhəmməd Muradlı 6, Sadiq Məmmədov 5,5, Gövhər Beydullayeva 6,5 və Ayan Allahverdiyeva 5 xal toplayıblar. Digər yaş qrupunda - on altı yaşadək şahmatçıların yarışlarında Əhməd Əhmədzadə 7, Aydın Süleymanlı 6,5, Səbinə Rzalı 6, Xəzər Babazadə 5,5, Mələk İsmayıl, Nəsrin Babayeva 5 xal əldə ediblər. On dörd yaşlı şahmatçıların mübarizəsində isə Read Səmədov 7 xalla 3-4-cü yerləri bölüşüb. Ümid Aslanov 5, Hüseyn Seyid 4, Səmra Qasımova, Aysel Cəfərova, Nazlı Hümbətova 5 xal toplayıblar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]