Azərbaycan səfiri etimadnaməsini Qayana Prezidentinə təqdim edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Donald Ramotara çatdırıb. O, Azərbaycanın Qayanada ilk səfiri kimi ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat ikitərəfli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu əlavə edib.
Qayana Prezidenti Donald Ramotar da Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. Prezident Donald Ramotar hər iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini vurğulayıb, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün imkanların olduğunu söyləyib.
Qayanaya səfəri çərçivəsində səfir E.Sultanov bu ölkənin xarici işlər naziri Karolin Rodriges-Birkett, mədəniyyət, gənclər və idman naziri Frank Antoni və digər rəsmi şəxslərlə də görüşlər keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]