Azərbaycan səfiri kardinal Canfranko Ravazi ilə görüşüb
Vatikan, 1 iyul, AZƏRTAC
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıqdan söz açılıb. Heydər Əliyev Fondunun Vatikanda apardığı bərpa işlərindən danışılıb. Fondun həyata keçirdiyi layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mədəni dəyərlərin qorunması, eləcə də dinlərarası dialoq baxımından Heydər Əliyev Fondu və Vatikanın birgə reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır. Bütün dünyaya nümunə olan Fond və Vatikan əməkdaşlığının 10 ildən çox tarixi var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]