AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏN ATƏŞƏ MƏRUZ QALMIŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-də saat 1.30-dan 1.40-dək və 2.00-dan 2.20-dək fasilələrlə Berd rayonunun Çinari və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndi ərazisində yerləşən mövqelərini atəşə məruz qoymuşlar.
Avqustun 22-də saat 7.15-dən 7.20-dək, 20.50-dən 20.55-dək və 22.30-dan 23.30-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino, saat 8.55-dən 9.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]