Azərbaycan şirkəti Serbiyada yol tikəcək
Belqrad, 18 noyabr, AZƏRTAC
Azərbaycanın "AzVirt" şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.
Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.
Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, digər maliyyə mənbələrindən də istifadə olunacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]