AZƏRBAYCAN SİYASİ-İQTİSADİ CƏHƏTDƏN DİNAMİK İNKİŞAF EDƏN ÖLKƏLƏR SIRASINA ÇIXMIŞDIR
Görüşdən əvvəl qonaq Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin məzarını ehtiramla ziyarət etdi. Sonra o Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan mərd mübarizlərin xatirəsini yad etdi.
S.Seyidov dedi ki, indi beynəlxalq qurumlar yaxşı bilir ki, Azərbaycan təcavüzə məruz qalan ölkədir. Torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, ərazilərimizdə etnik təmizləmə aparıldığını heç kim inkar edə bilməz. Bunların hamısı Terri Devisin AŞPA-ya təqdim etdiyi məruzədə öz əksini tapmışdır.
Azərbaycan Avropaya sürətlə inteqrasiya edir. Ölkəmiz əksər beynəlxalq təşkilatların üzvüdür.
Son illər Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələr sırasına çıxmışdır. Bununla belə, Azərbaycan çox çətin problemlə üzləşmişdir. Bu, regionumuzda sabitliyə, inkişafa, Avropaya interqasiyaya və ümumi təhlükəzsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsidir.
Sonra S.Seyidov Avropa Şurasının Siyasi Komitəsində Terri Devisin məruzəsi haqqında öz mülahizələrini söylədi. Bildirdi ki, həmin sənəddə Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı faktı tanınmışdır.
Cənab Marko Zakkera Cənubi Qafqaz regionuna səfərinin məqsədi barədə məlumat verərək dedi ki, təmsil etdiyi beynəlxalq qurum əsasən təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olur. Bizim vəzifəmiz regionlarda bu məsələləri öyrənməkdir. Biz artıq Azərbaycanın mövqeyini bilirik. Ölkəniz Avropanın mərkəzindən uzaq olsa da, Azərbaycanın bu qitəyə inteqrasiyası yaxşı niyyətdir. Biz Azərbaycandakı vəziyyəti və mövcud şəraiti daha ətraflı öyrənmək istəyirik.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.