Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib
Düşənbə, 22 iyul, AZƏRTAC
Azərbaycan Tacikistana humanitar yardım kimi COVID-19-a qarşı 40 min doza “AstraZanesa” vaksini göndərib.
AZƏRTAC Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Düşənbə hava limanında vaksinin Tacikistan tərəfinə təhvil verilməsi mərasimində bu ölkədəki səfirliyimizin müşaviri Vüqar İbrahimov, nazirliyin idarə rəisi Novruz Cəfərov və digər rəsmi şəxslər iştirak edib. Bildirilib ki, istifadə olunana qədər vaksinlər nazirliyin xüsusi anbarında saxlanacaq.
Bu ilin mart ayından COVAX proqramı çərçivəsində Tacikistana 192 min doza “AstraZanesa” vaksini gətirilib.
İyunun sonunda isə Çindən humanitar yardım kimi 300 min doza “CoronaVac” vaksini göndərilib.
Hazırda Asiya İnkişaf Bankının qrantı ilə Çindən 3 milyon doza “CoronaVac” vaksininin alınması istiqamətində iş aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]