Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə daxil olur ŞƏRH

Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə daxil olur  ŞƏRH

Bakı, 24 iyun, AZƏRTAC

Türk dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın həm xarici siyasət kursunda, həm də regional əməkdaşlıq təşəbbüslərində əsas yerlərdən birini tutur. Bunu respublikamızın Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistanla münasibətlərinin həm ikitərəfli əsasda, həm nəqliyyat və enerji dəhlizləri çərçivəsində, həm də beynəlxalq təşkilatlar müstəvisində sürətlə genişlənməsi də təsdiqləyir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə respublikamıza dövlət səfərinə gəlməsi də göstərdi ki, Türk dünyası ilə yaxın tərəfdaşlıq Azərbaycanın prioritetlərindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.

O qeyd edib ki, Azərbaycanla Türkmənistan arasındakı əlaqələr hər şeydən əvvəl onların xalqlarının ortaq soykökünə, milli kimliklərinə, bölüşdükləri milli-mədəni dəyərlərə söykənir. Eyni zamanda, hər iki dövlət Xəzərin sahilində yerləşdiklərinə görə həm də eyni coğrafiyanı bölüşürlər. Bu kimi amillər iki dövlət arasındakı münasibətlərin mənəvi təməl prinsiplərini və coğrafi əsaslarını təşkil edir. 2017-ci ilin avqust ayında Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ikitərəfli münasibətlərdə tamamilə yeni səhifə açıb.

“Əlbəttə ki, əlaqələrin inkişafında əsas siyasi amil isə son illərdə daha da intensivləşən ali səviyyəli qarşılıqlı səfərlərdir. Prezident İlham Əliyevin indiyə kimi Türkmənistanda 2 rəsmi və 5 işgüzar səfərdə olması, 2023-cü ildə Prezident Sərdar Berdiməhəmmədovun Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ilin iyul ayında Azərbaycana səfəri, habelə ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirakı siyasi münasibətlərin, dostluğun və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verib. Bu səfərlərin hər biri göstərir ki, hər iki tərəfdə əlaqələrin inkişafı istiqamətində güclü siyasi iradə mövcuddur.

Azərbaycanla Türkmənistanın münasibətlərinin dostluq ruhunda inkişaf etməsini, əlaqələrin strateji tərəfdaşlığa əsaslanmasını ali səviyyəli səfərlərin qrafiki və bu zaman keçirilən tədbirlər də təsdiqləyir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun respublikamıza dövlət səfəri bunun aydın təzahürüdür. Səfər zamanı Bakı gəmiqayırma zavodunda inşa olunan “Dostlug” neftdaşıyan tankerinin Azərbaycan tərəfindən Türkmənistana onlayn formatda hədiyyə olunması iki dövlət arasındakı dostluğun rəmzinə çevrildi. Mübadilə olunan 13 sənəd isə Azərbaycan-Türkmənistan münasibətlərinin hüquqi bazasını daha da möhkəmləndirdi. Türkmənistana hədiyyə olunan “Dostlug” gəmisi Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını və texnoloji imkanlarını nümayiş etdirir. İmzalanan sənədlərin enerji, iqtisadiyyat, nəqliyyat, gömrük, səhiyyə, qida təhlükəsizliyi, sənaye, aqrar, maliyyə sferalarını əhatə etməsi isə hər iki tərəfin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı siyasi iradəsindən xəbər verir”, - deyə Xanlar Fətiyev vurğulayıb.

Onun sözlərinə görə, səfərin əsas siyasi tərəfi prezidentlərin mətbuata bəyanatla çıxışları idi. “Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi” - deyən Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında toxunduğu məqamlar, ilk növbədə, Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin dostluğa və qardaşlığa əsaslandığını özündə ehtiva etdi.

“Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat-logistika sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu əməkdaşlığın həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu bildirib.

Prezident Sərdar Berdiməhəmmədovun səfəri zamanı aparılan danışıqlarda tərəflər artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyəti daha da əlaqələndirmək barədə razılığa gəliblər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu sahə həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətin prioriteti olacaq. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan və Türkmənistan arasında bu sahədə həyata keçirilən əməkdaşlıq iki dövlət maraqlarını uğurla təmin etməklə yanaşı, Orta Dəhlizdə dövriyyənin artmasına, Avrasiya məkanında ticarətin genişlənməsinə xidmət edir. Həm Azərbaycanın, həm də Türkmənistanın zəngin karbohidrogen ehtiyatlarına malik olması bu sahədə ortaq maraqlar formalaşdırır ki, bu da enerji sferasında əməkdaşlığı stimullaşdırır”, - deyə deputat bildirib.

O deyib ki, Azərbaycanla Türkmənistan arasında çoxtərəfli formatda əməkdaşlıq mexanizmləri mövcuddur. Xüsusən Azərbaycanın ötən il Türkmənistanın da fəal dəstəyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi respublikamızın Mərkəzi Asiya coğrafiyası ilə əlaqələrinin daha da inkişafı baxımından olduqca mühüm siyasi hadisədir. Türkmənistanın bu prosesdə rəsmi Bakıya nümayiş etdirdiyi fəal dəstək iki ölkə arasındakı etimadın yüksək göstəricisidir.

Prezident Sərdar Berdiməhəmmədovun səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə getməsi, Füzuli və Şuşa şəhərləri ilə tanış olması iki dövlətin dostluğunun möhkəm təməllərə söykəndiyini nümayiş etdirdi. Eyni zamanda, bu, Aşqabadın Azərbaycanın ərazi bütövlüyünə və zəfərinə verdiyi dəstəyin bariz təzahürüdür.

“Azərbaycan-Türkmənistan münasibətləri artıq strateji tərəfdaşlığın daha dərin və məzmunlu mərhələsinə daxil olur. Prezident Sərdar Berdiməhəmmədovun respublikamıza səfəri zamanı aparılan danışıqlar, əldə edilən razılaşmalar, imzalanan sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin daha da dərinləşməsinə böyük fayda verəcək”, - deyə Xanlar Fətiyev əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər