Azərbaycan üzgüçülərinin iştirak edəcəyi növbəti yarışlar açıqlanıb
Bakı, 13 sentyabr, AZƏRTAC
İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışın keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Onun sözlərinə görə, milli komandanın 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərindəki “Kür” təlim-tədris mərkəzində hazırlıq keçməsi planlaşdırılır: “Noyabrın 10-dan 15-dək isə Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq. Həmin yarışda yığmaya növbəti seçimlər reallaşacaq. Beynəlxalq yarışlara gəlincə isə milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniya, Qətər və Kanadada keçiriləcək Dünya Kuboku mərhələlərində öz güclərini sınayacaqlar. Bundan başqa, üzgüçülərimiz dekabrda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]