AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də “Babokvati” Hökumət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişlənməsindən məmnunluq ifadə olundu.
GUAM-ın Batumidə keçirilən sammitinin əhəmiyyətinin vurğulandığı görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının möhkəmləndiyi qeyd olundu.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etdilər.
######
![]() |
![]() |

