Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru, general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanın və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. İ.Vayn Azərbaycan ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.
Görüşdə qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əməkdaşlıq planına daxil edilib.
Sonda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]