Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoy ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.