Azərbaycan və Türkiyə federasiyaları arasında avarçəkmə üzrə əməkdaşlıq memorandumu imzalanıb
Mingəçevir, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Avarçəkmə Federasiyası (TAF) və Türkiyə Kanoe Federasiya (TKF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AKAF-ın mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir Reqatası-2023" beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, memorandum federasiyalar arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə Azərbaycan və Türkiyə milli komandalarının birgə təlim-məşq toplanışları keçməsində, həmçinin beynəlxalq yarışların təşkilində mühüm rol oynayacaq.
Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən reqatanın ilk iki günündə Azərbaycan avarçəkənləri ümumilikdə 16 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]