AZƏRBAYCAN VƏ UKRAYNA XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA KONSULLUQ MƏSƏLƏLƏRİ ÜZRƏ NÖVBƏTİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
Ukrayna nümayəndə heyətinə Ukrayna Xarici İşlər Nazirliyi Konsulluq Departamentinin direktoru səfir Boris Bazilevski, Azərbaycan Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi səfir Nadir Hüseynov rəhbərlik etmişlər.
Görüşdə ölkələrimiz arasında konsulluq sahəsində müqavilə-hüquq bazası ilə bağlı maraq doğuran cari və perspektiv məsələlər, həmçinin hər iki dövlətin vətəndaşlığından çıxma qaydalarının təkmilləşdirilməsi, aztəminatlı vətəndaşların dövlət rüsumundan azad edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının Ukraynada müvəqqəti qeydiyyatının tənzimlənməsi, Azərbaycanda Ukrayna, Ukraynada Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, təyyarələrin uçuşlarına diplomatik icazə alınması mexanizmlərinə dair məsələlər müzakirə olunmuşdur.
Məsləhətləşmələrdə Azərbaycanın və Ukraynanın Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak etmişlər.
Görüşün nəticələrinə dair Protokol imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]