Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən sosial siyasət

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Demokratik Respublikası ölkəmizin dövlətçilik tarixində ən parlaq səhifələrdən biridir. Şərqdə ilk parlament dövlətinin fəaliyyətində sosial yönüm diqqət mərkəzində olan xüsusi sahələrdən idi. Bu, təsdiq olunan qanunlarda və həyata keçirilən konkret tədbirlərdə özünü göstərirdi.

AZƏRTAC müstəqillik tariximizin 1918-1920-ci illəri əhatə edən 23 aylıq dövründə sosial siyasətdə baş verənləri xatırlayır.

Cümhuriyyət dövründə hökumətin ilk kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ”Hümmət” partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olunub. Peterburq Yol Mühəndisliyi İnstitutunun məzunu olan Şeyxülislamov İstiqlal Bəyannaməsinin qəbulunda iştirak edib.

AXC-nin rəhbərliyi dövlətin sosial siyasətini həyata keçirmək üçün ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatı səviyyəsinin yüksəldilməsinə nail olmaq nəzərdə tutmuşdu. Lakin mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yoluxucu xəstəliklər, keçmiş İrəvan quberniyası ərazisində ermənilərin soyqırımına məruz qalan 150 mindən çox soydaşlarımızın tarixi vətənlərindən didərgin düşərək Azərbaycana pənah gətirməsi, əhalinin çoxluğunu təşkil edən kəndlilərin həyat şəraitini yaxşılaşdırmağın əsas amili olan torpaq məsələsinin həll olunmaması və s. sosial vəziyyəti xeyli çətinləşdirirdi. Belə ağır şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökuməti sosial gərginliyi aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla əlaqədar başqa məsələlərə xüsusi qayğı göstərilirdi. Hökumət 1918-ci il iyulun 13-də "Qaçqınlara yardımın təşkil edilməsi haqqında", 1919-cu il fevralın 17-də "Qaçqınların yerləşdirilməsi məsələsini nizama salmaq üçün Şamaxı qəzasına komissiya göndərilməsi haqqında", həmin il iyunun 23-də "Qaçqın və köçkünlərin vəziyyətinin, onların daimi yaşayış yerlərinə qayıtması məsələsinin aydınlaşdırılması üçün Mərkəzi komissiyanın yaradılması haqqında”, noyabrın 8-də "Qaçqınların yerləşdirilməsi üçün təcili tədbirlərin görülməsi haqqında" qərarları, Parlamentin 1920-ci il yanvarın 8-də verdiyi "Qaçqınların ehtiyacları üçün 21 milyon manat pul ayrılması haqqında" qanunları bu sahədə atılan mühüm addımlardan idi. Ölkədəki ağır vəziyyətə baxmayaraq hökumət Gürcüstan və Ermənistanda yaşayan soydaşlarımıza da müntəzəm yardım göstərirdi.

Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunub və onlardan 10-u sosial sahəni əhatə edib. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilib və onlardan biri 1918-ci il avqustun 28-də verilən “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxanlara xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərib. Birja 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.

1918-ci il dekabrın 26-da 14 nəfərdən ibarət üçüncü koalisyon hökumət təşkil edilib. Hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Aslan bəy Səfikürdski təyin olunub. Onun rəhbərliyi dövründə hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Parlamentin 1919-cu il yanvarın 21-də qəbul etdiyi qərarla Xalq Cümhuriyyəti hökumətində əmək münasibətləri və onunla əlaqədar digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis edilib. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirib. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alınıb. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişikliklər edilməsi barədə qərar çıxarıb.

Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Üçüncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilib.

Azərbaycan hökuməti milliyyətindən asılı olmayaraq sosial vəziyyəti ağır olanlara yardım göstərirdi. Məsələn, hökumət 1919-cu ildə Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, rus və yəhudi xeyriyyə cəmiyyətinə, erməni və yəhudi milli şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və digər əhali qruplarının saxlanılması üçün xeyli vəsait ayırıb, 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yardım edib.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə təşkil edilən Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabinetində Aslan bəy Səfikürdski Ədliyyə və əmək naziri təyin edilib. Həmin dövrdə inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin əsas prioritetlərini təşkil edirdi. Elə bu məqsədlə parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında işləyənlərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əməkhaqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunlar qəbul edib. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə dair bir sıra qanun və qərarlar qəbul olunub.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əməkhaqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olunub. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərib. Aprel işğalınadək müfəttişlər tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilib, 145-nə rədd cavabı verilib, 14-ü məhkəməyə göndərilib, 456-sı isə həll edilməmiş qalıb. ADR parlamentinin 1918-ci il dekabrın 7-də verdiyi “Fəhlə məsələsi haqqında“ qərarda əmək qabiliyyətini tam və ya qismən itirməyə görə fəhlələrə sığorta ödənilməsini müəyyən edib.

1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirən Əhməd bəy Pepinov rəhbərlik edib.

Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlayaraq bununla əlaqədar məlumat yayıb. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarlar təşkilatının işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əməkhaqqının qaldırılması məsələləri nəzərdə tutulurdu.

Beşinci hökumətin fəaliyyəti dövründə ehtiyacı olanların kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etməsi, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilib.

İnflyasiya ilə əlaqədar olaraq əhalinin müxtəlif təbəqələrinin maaşlarının artırılması məsələsi AXC hökumətinin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Cümhuriyyət hökumətinin 1918-ci il iyulun 3-ü, sentyabrın 21-i və oktyabrın 13-də, 1919-cu il fevralın 10-da, aprelin 21-də və 1920-ci il yanvarın 5-də verdiyi qərarlarla hökumət qulluqçularının maaşlarının artırılması nəzərdə tutulurdu. Həmin məqsədlə parlament 1919 -cu il yanvarın 10-da "Qulluqçulara müavinət verilməsi haqqında", fevralın 4-də "Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında", aprelin 7-də "Daxili İşlər Nazirliyi işçilərinin əmək haqqının müvəqqəti artırılması haqqında", mayın 12-də "Hökumət qulluqçularının maaşlarına müvəqqəti əlavələr haqqında" , 1920-ci il martın 15-də isə "Bahalıqla əlaqədar mülki və hərbi təyinatlı Hökumət idarələrində qulluqçuların maaşlarına əlavələr haqqında" qanunlar qəbul edib.

Hökumətin sosial siyasətindəki əsas məsələlərdən biri fəhlə qanunvericiliyinin formalaşdırılmasından ibarət idi. Əmək Nazirliyinin tələbi ilə 1919-cu il martın 10-da parlament həmin nazirliyin nəzdində fəhlə məsələsinə aid xüsusi Məşvərət Şurasının təsis olunması haqqında qanun qəbul edib. Məşvərət Şurası əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi məsələləri ilə məşğul olurdu. Məşvərət Şurası on nəfərdən - beş fəhlə və beş sahibkardan ibarət idi. Onun əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən bütün tədbirlər üzrə qüvvədə olan qanunların icra olunmasına nəzarət etmək hüququ var idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb