Azərbaycan yüksək texnologiyalara böyük investisiyalar qoyur
Bakı, 1 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza təbrikində bildirib ki, Azərbaycan yüksək texnologiyalara böyük investisiyalar qoyur və 2014-cü il bu sahədə yaddaqalan il olub.
Dövlətimizin başçısı deyib: “Bu il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz var: “Azərspace” və “Azərsky”. “Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, bu peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir”.
“Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir”,- deyə Prezident İlham Əliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]