AZƏRBAYCAN-YUNANISTAN ƏLAQƏLƏRİ DAHA DA GENİŞLƏNƏCƏKDİR
YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos iyunun 20-də ölkəmizə rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Yunanıstan Prezidenti Konstantinos Stefanopulosu Azərbaycanın Baş naziri Artur Rasizadə qarşıladı. Milli geyimli oğlan və qız Yunanıstan Prezidentinə gül dəstəsi təqdim etdilər. Qarşılanma mərasimindən sonra Yunanıstan Prezidenti Konstantinos Stefanopulos fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.