AZƏRBAYCAN-YUNANISTAN SƏNƏDLƏRİNİN İMZALANMASI
Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Yunanıstan tərəfindən xarici işlər nazirinin müavini Yevripidis Stilianidis imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşınmaları haqqında sazişi Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Yunanıstan tərəfindən xarici işlər nazirinin müavini Yevripidis Stilianidis imzaladılar.
Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov və Yunanıstan xarici işlər nazirinin müavini Yevripidis Stilianidis Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında sazişi imzaladılar.
Sənədlərin imzalanma mərasimində respublika Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotias, Yunanıstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.