Azərbaycana Birgə Yardım Təşkilatı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 18 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 18-də Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri xanım Qven Börçel ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə UAFA-nın fəaliyyəti yüksək qiymətləndirilib, təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb.
Ölkədə uşaqlarla, onların sağlam gələcəyi ilə bağlı böyük layihələrin həyata keçirildiyi, bu siyasətin davam etməkdə olduğu diqqətə çatdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələrin həyata keçirilməsindən danışılıb.
Qeyd edilib ki, UAFA-nın Bakı ilə yanaşı, regionlarda da uşaqlar və onların ailələri üçün pulsuz sosial xidmət mərkəzləri mövcuddur.
Təşkilatın qayğıya ehtiyacı olan məcburi köçkün ailələrinə və uşaqlarına hər zaman dəstək göstərməyə hazır olduğu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:32]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [22:29]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]