Azərbaycana dağ xizəyi üzrə Beynəlxalq yarışların keçirilməsi hüququ verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində mərkəzə homoloqasiya sertifikatı təqdim edilib.
Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.
Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [21:22]
Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub
- 12.09.2026 [12:13]
16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub
- 11.09.2026 [22:24]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [18:30]
Premyer Liqa: “Neftçi” çətin qələbə ilə liderliyini möhkəmlədib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]