Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi 145 Gbp/s-a çatıb
Bakı, 8 yanvar, AZƏRTAC
Ötən ilin noyabrında ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu məlumat Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasında öz əksini tapıb.
Statistikaya görə, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3,4 faiz artaraq 145 Gbp/s təşkil edib.
Bu göstərici Azərbaycana cari il üçün daxil olan internet trafikin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3 faiz artıb.
Ölkənin çıxış trafikin maksimal həcmi son bir ay ərzində 16,7 faiz artaraq 30 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 40 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]