Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci

Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci

Bakı, 21 avqust, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq ideologiyası milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ramin Məmmədovun “Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, dünyada mürəkkəb, bəzən hətta ciddi ziddiyyətlərlə müşayiət olunan qlobal proseslərin getdiyi indiki dövrdə yeni müstəqillik qazanmış dövlətlərin bu tarixi nailiyyəti ağlasığmaz təhdidlərlə üz-üzə qalır. Bir qədər obrazlı ifadə etsək, kimsə təhlükənin nə vaxt və haradan gələcəyini öncədən proqnozlaşdıra bilmir. Bu, həm də onunla bağlıdır ki, biz yeni bir transformasiya dövründə yaşayırıq - təkqütblü dünyadan çoxqütblü dünyaya keçidin astanasındayıq. Bu, elə bir mürəkkəb prosesdir ki, onun tarixi səbəblərini məhz indi qiymətləndirmək, mümkün sosial, iqtisadi, siyasi nəticələrini məhz indi proqnozlaşdırmaq olduqca çətindir. Lakin bir həqiqət tamamilə aydındır ki, dünya öz tarixinin yeni, əvvəlkilərdən az qala bütün komponentləri ilə fərqlənən bir dövrünü yaşamaqdadır. Belə bir dövrdə gənc dövlətlərin ayaqda qalması onların əsaslandığı ideoloji doktrinanın zamanın çağırışlarına nə dərəcədə adekvat reaksiya verə biləcəyindən çox asılıdır. Bu reallıqlara COVID-19 pandemiyasının doğurduğu yeni şərtləri də əlavə etsək, baş verən dəyişikliyin nə qədər böyük, mürəkkəb bir proses olduğunu daha aydın təsəvvür edə bilərik.

Azərbaycançılıq ideologiyasının ən üstün keyfiyyəti zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır. Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Əgər daha dəqiq ifadə etmək istəsək, Heydər Əliyevin tarixi xidmətinin miqyası onun keçid dövrünü yaşayan bir ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf üçün zəmin yaradan dövlət modelini qurmasından daha böyükdür. Heydər Əliyev məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüz illər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib.

Ötən əsrin əvvəllərində qısa müddət yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının əsaslandığı ideyalar sistemi əslində daha dərin tarixi köklərə, daha böyük hədəflərə sahibdir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyasının cəlbediciliyini şərtləndirən əsas amillərdən biri tarixlə müasirliyin vəhdətini ifadə edən məfkurə kimi qavranılmasındadır. Bu mənada azərbaycançılıq müstəqil Azərbaycanda doğulmuş yeni nəslin üzərinə böyük vəzifələr qoyur. Əlbəttə ki, müstəqil bir dövlətin vətəndaşı kimi doğulmağın insana nə qədər əlavə üstünlüklər qazandırdığına dair onlarla arqument sadalamaq olar. Bu, müstəqil düşünməyi bacarmaq, öz milli dəyərləri, tarixi, ədəbiyyatı haqqında daha geniş məlumata, dünyada mənsub olduğu xalqın yeri, qlobal proseslərdə vətəndaşı olduğu dövlətin rolu barədə ətraflı təsəvvürlərə malik olmaq deməkdir. Bu, həm də milli qürur məsələsidir, çünki tarix çox az xalqa öz dövlətini qurmaq şansı tanıyıb. Lakin qeyd etdiyim kimi, bu, eyni zamanda, daha böyük hədəflər uğrunda yaşamaq məsuliyyəti doğurur. Azərbaycan gəncinin bu gün üzərinə düşən vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır.

Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu əvəzsizdir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridir. Xatırlatmaq yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hələ sovet dövründə yüzlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etmişdi. Onların bir çoxu sonralar müstəqilliyin ilk illərində Azərbaycanda yüksək vəzifələrdə çalışaraq, milli dövlət quruculuğu prosesinin iştirakçısı olmuşdular. Prezident İlham Əliyev isə xaricdə təhsillə bağlı dövlət proqramları çərçivəsində azərbaycanlı gənclərə dünyanın ən mötəbər universitetlərində təhsil almaq şansı yaratmışdı. Bu gənclər indi müxtəlif dövlət vəzifələrində, fərqli peşələrdə ölkənin inkişafına töhfə verirlər. Bu iki fakt əslində azərbaycançılıq ideologiyasının müasir dövrün çağırışlarına reaksiyasına ən tutarlı dəlillər kimi qiymətləndirilməyə layiqdir.

Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlət idarəçiliyində təmsil olunması nəticə etibarilə Azərbaycanda nəsillərarası harmoniyanın, ənənə və varislik prinsiplərinin dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir. Bu siyasətin əsasında isə məhz azərbaycançılıq ideologiyası dayanır. Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur.

Azərbaycan dövləti indi 10 il, 20 il bundan öncəkindən tamamilə fərqli bir inkişaf mərhələsindədir. Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi doğulmuş gənclərin üzərinə düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Dövlət başçısının bu gün həyata keçirdiyi gənclər siyasətinin müxtəlif aspektlərdən təhlili göstərir ki, Azərbaycanda gənclərin dövlət idarəçilik sistemində son dərəcə mühüm rolları ifa etməsi üçün kifayət qədər geniş imkanlar mövcuddur. Bu imkanları layiqincə dəyərləndirməyin yolu isə daha yaxşı təhsil almaq, milli maraqların həqiqi müdafiəçisi kimi özünü təsdiq etmək, dünyada gedən proseslərin səbəb və nəticə əlaqələrini analiz etmək üçün daha dərindən düşünməkdən keçir.

İndi müxtəlif siyasi dairələr ən müxtəlif üsul və vasitələrdən istifadə edərək Azərbaycan gənclərinin şüuruna, düşüncəsinə, dünyagörüşünə təsir etmək üçün yollar axtarır. Bu təbii ki, təkcə Azərbaycana münasibətdə deyil, bir çox ölkələrə qarşı yürüdülən ənənəvi siyasətin elementləridir. Məhz buna görə də gənclər üçün azərbaycançılıq ideologiyasının ideya-siyasi mahiyyətini, onu doğuran tarixi reallıqları, bu ideologiyanın qarşısında duran milli hədəfləri öyrənmək, mənimsəmək, və ən vacibi, öz fəaliyyətində tətbiq etmək olduqca böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycançılıq ideologiyası dövlət müstəqilliyini qorumağı, layiqli vətəndaş yetişdirməyi və onun bütün mənafelərin mümkün qədər müdafiə etməyi, xalqın milli maraqlarını tarixi reallığa çevirməyi, ölkəni dünyada nüfuzlu, güclü dövlət kimi tanıtmağı, möhkəm iqtisadiyyat, qüdrətli orduya sahib dövlət modeli qurmağı qarşıya məqsəd qoyub. Azərbaycançılıq ideologiyasının ən böyük hədəflərindən biri işğal olunmuş torpaqların azad edilməsinə nail olmaq, ərazi bütövlüyünü təmin etmək, yüz minlərlə soydaşımızın öz doğma torpaqlarında yaşamaq haqqını özünə qaytarmaqdır. Bütün bunlar əlbəttə ki, hər bir Azərbaycan gəncini düşündürən ən müqəddəs vəzifələrdir. Azərbaycançılıq ideologiyasını gənclər üçün cəlbedici edən də məhz müqəddəs idealları ifadə etməsindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək