AZƏRBAYCANDA 300 MEHMANXANA LİSENZİYA ALMIŞDIR
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin 300-ü artıq lisenziya almışdır. Yaxın vaxtlarda isə 20-yə yaxın mehmanxanaya lisenziya verilməsi planlaşdırılır.
Bunu jurnalistlərə açıqlamasında bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, turistlərin yerləşdirilməsi və onlara xidmət göstərilməsi üçün lazımi şəraitin olmadığı 50-yə yaxın mehmanxanaya isə lisenziya verilməsindən imtina edilmişdir. Bu obyektlər yalnız fərdi qonaq evi kimi fəaliyyət göstərə bilərlər. Bundan əlavə, turizm obyektlərində peşəkar kadrların olması qarşıda duran əsas vəzifələrdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.10.2026 [16:33]
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
- 22.10.2026 [15:05]
Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
- 22.10.2026 [11:36]
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
- 22.10.2026 [11:04]
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib VİDEO
- 21.10.2026 [18:19]
Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
- 21.10.2026 [16:06]