Azərbaycanda 3 gün ərzində 64 mindən çox ağac əkilib
Bakı, 4 mart, AZƏRTAC
Regionlarda yaz ağacəkmə aksiyaları davam edir. “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 7 rayonda ağac əkini həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib.
O qeyd edib ki, Şəki, Quba, Tovuz, Şamaxı, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalar zamanı Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 60 hektar ərazidə 64 min 120 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.
Ən çox ağac Ağcabədi rayonunda əkilib. Belə ki, rayon ərazisində 19 min 980 ağac əkilib.
Mövsüm ərzində ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]