İQTİSADİYYAT
Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi 35 faiz artmışdır
Bakı 2 yanvar (AZƏRTAC). Ötən ilin dekabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 9 milyard 991,9 milyon manat təşkil etmişdir.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,7 faiz artmışdır ki, bu da iqtisadiyyatın zəruri likvidliklə təmin edildiyini göstərir.
Hesabat dövründə pul kütləsinin 6 milyard 529,4 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 497,6 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 964,9 milyon manatı isə müddətli depozitlərin payına düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [15:07]
CAATS-a rəhbərlik Türkiyəyə keçəcək
- 01.06.2024 [12:46]
AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb
- 01.06.2024 [10:55]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 01.06.2024 [10:23]