Azərbaycanda futbol üzrə iki yeni yığma yaradıla bilər
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanda iki yaş qrupu üzrə yeni futbol yığmaları yaradıla bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, hazırda U-12 və U-14 komandalarının təsis edilməsi müzakirə olunur.
Lakin veteran futbolçu hesab edir ki, U-12 yığması ilə bağlı məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır: “Taktiki baxımdan bir çox şeyi dərk etməyən, inkişaf mərhələsində olan uşaqlardan ibarət komanda formalaşdırmaq riskli ola bilər. Fikrimcə, U-14 variantı daha idealdır. 12 yaşda perspektivli futbolçunu ortaya çıxarmaq çətindir. Dəfələrlə görülüb ki, bu yaşda boyu balaca, fiziki cəhətdən zəif olan uşaqlar yetkinlik yaşına çatanda birdən-birə özlərini yaxşı tərəfdən göstərə, gələcəkdə daha irəli gedə bilirlər. Belə olan halda, U-12 yığmasına düşə bilməyən futbolçuları itirə bilərik. Burada bir çox amil var. Əslində bu yaşda uşaqlara milli komandada yox, klublarda diqqət ayrılsa, daha effektli nəticə əldə etmək olar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]