İQTİSADİYYAT
Azərbaycanda idman növlərində süni intellektin tətbiqi ilə bağlı layihələr mövcuddur
![Azərbaycanda idman növlərində süni intellektin tətbiqi ilə bağlı layihələr mövcuddur](/files/2023/3/1200x630/16956287352904845487_1200x630.jpg)
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanda futbol, güləş, cüdo və digər idman növlərində süni intellektin tətbiq edilməsi ilə bağlı layihələr var.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
O qeyd edib ki, kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında "ASAN login" üzərindən üztanıma əsaslı sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Həmçinin gömrük məntəqələrində xüsusi kompüterlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər görülür.
F.Cəfərov dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər dördüncü sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlıq edildiyini də vurğulayıb.