AZƏRBAYCANDA İKT-NİN 50 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) yaranmasının 50 illiyinə həsr olunmuş “Kibernetika və informatika problemləri” II Beynəlxalq konfransı keçiriləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları institutları, Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət qurumlarının nümayəndələri, respublikamızın alim və mütəxəssisləri, həmçinin xarici ölkələrdən tanınmış alimlər iştirak edəcəklər.
Konfrans sentyabrın 12-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]