AZƏRBAYCANDA KRİMİNOGEN VƏZİYYƏTƏ NƏZARƏTİN KEYFİYYƏTİ YÜKSƏLDİLİR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsidir və hüquq mühafizə orqanları öz işini məhz bu dəyərlər çərçivəsində həyata keçirirlər. Polis orqanlarının fəaliyyətində səmərəliliyin artırılması prosesi nəticəsində kriminogen vəziyyətə bütün nəzarət sistemi və ona real təsir son vaxtlar keyfiyyət baxımından dəyişmişdir. Belə ki, ictimai təhlükəsizliyin hamı tərəfindən mökəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində məqsədyönlü təşkilati və praktiki tədbirlər həyata keçirilir. Bütün səylər cinayətlərin qarşının alınmasına, cinayətlərin açılmasına, onları törətmiş şəxslərin tapılmasına və bütün mülkiyyət formalarının qorunmasına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]